Yanacaqdoldurma məntəqələri yoxlanılacaq
12 Dekabr 2012 13:14 İqtisadiyyatStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əhalinin şikayətləri əsasında yanacaqdoldurma stansiyalarında satılan yanacağın keyfiyyəti və standartlara uyğunluğu üzrə yoxlamalar aparılacaq. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Komitə sədri əlavə edib ki, bir nüddət əvvəl yanacaqdoldurma məntəqələrində monitorinq aparılıb. Onda bu məntəqələr özlərini yığışdırmışdı. İndi bir müddət keçib, ona görə araşdırmaq istəyirik ki, yanacaq bazarında vəziyyət necədir: "Hələlik həmin məntəqələrdə yanacağın keyfiyyəti bilinmir. Ancaq ola bilər ki, bazarda keyfiyyətsiz yanacaq olsun". "OLAYLAR"İA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31