Ölkədə çörəklə bağlı yeni standartlar qəbul ediləcək

Azərbaycanda çörək istehsalılə bağlı standartların hazırlanması məqsədilə texniki komitə yaradılıb. Bunu jurnalistlərə açıqlamasında  deyən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, komitə müasir standartlar və yeni çeşidli çörəyin hazırlanmasına nəzarət edəcək: "Texniki komitəyə müvafiq nazirliklər və şirkətlərin nümayəndələri daxildir. Çörəyin qablaşdırılması məsələsi məhz onların qərarından asılı olacaq. Mənim fikrimcə, çörək və çörək məmulatları qablaşdırılmalıdır. Buna baxmayaraq, texniki komitə hansı qərarı qəbul edəcəksə, biz də onu dəstəkləyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31