“Google” şirkəti vergidən yayınır?!

2011-ci ildə "Google" şirkəti Bermud adalarında yerləşən filialına 10 milyard dollar keçirməklə 2 milyard dollar həcmində vergidən yayınıb.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Bloomberg" agentliyinin məlumatına əsasən, belə əməliyyat qanunidir, çünki adalarda korporativ gəlir vergisi tutulmur. "Google" nümayəndələrinin verdiyi məlumata əsasən, şirkət vergi qanunlarına riayət edir və onun investisiyaları müxtəlif ölkələrin iqtisadiyyatına kömək edir. 
Məsələn, şirkət Böyük Britaniyada 2000 insanı iş yeri ilə təmin edir, Londonun şərq hissəsində fəaliyyət göstərən texnologiya startaplarının inkişafına milyonlarla dollar həcmində sərmayə yatırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31