Yenə də saxta sement
11 Dekabr 2012 17:13 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində "Qaradağ-H" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-H" adlı M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Qaradağ-H" adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi müəyyən edilmişdir.
Bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi aşkarlanmışdır.
Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən "Qaradağ-H" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Araşdırmalar davam edir.