Yalnız “HP” noutbuk istehsalının həcmini artıra bilib
12 Dekabr 2012 00:14 İqtisadiyyatDünyanın 5 ən iri noutbuk istehsalçısından yalnız "Hewlett-Packard" (HP) şirkəti 2012-ci ilin noyabrında noutbuk istehsalının həcmini artıra bilib. Amerika şirkəti noyabr ayında 2,8 milyon yığcam fərdi kompüter tədarük edib. Bu göstərici oktyabrla müqayisədə 200 min daha çoxdur. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari ilin noyabr ayının nəticəsinə görə, "Acer" şirkəti satışa 1,5 milyon noutbuk çıxarıb və bu göstərici ötən ayın nəticəsi ilə uyğundur. "Dell" və "ASUS" şirkətləri noyabrda müvafiq olaraq 1,5 və 1,55 milyon noutbuk tədarük ediblər və bu göstərici oktyabrla müqayisədə müvafiq olaraq 100 və 200 min ədəd azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31