Millət vəkilindən çağırış

“Şirkətlər endirim kampaniyaları keçirsinlər”

Millət vəkili Əli Məsimli ölkədə fəaliyyət göstərən şirkətləri  Yeni il ərəfəsində endirim kampaniyası keçirməyə çağırıb. Onun sözlərinə görə, hazırda həyata keçirilən endirim kampaniyaları zamanı  istehlakçılar aldadılır: "Sahibkarlar 50 manatlıq malın üzərinə 50 manat da əlavə edərək 30 faizlik "endirimlə" 70 manata satırlar. Bununla yanaşı, sözün həqiqi mənasında endirim kaampaniyaları keçirən şirkətlər də var. Hökumət həmin şirkətlərə stimullaşdırıcı yardımlar etməlidir ki, əhali bundan faydalana bilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31