Üç ayda 1169 hüquqi, 16659 fiziki şəxs qeydiyyatdan keçib
19 Aprel 2012 18:26 İqtisadiyyat2012-ci ilin yanvar-mart ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 1169 hüquqi şəxsin 53-ü dövlət mülkiyyətinə, 985-i xüsusi mülkiyyətə, 104-ü tam xarici investisiyalı, 27-si isə birgə müəssisələrə aid olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, yeni müəssisələrin 58,9 faizi Bakıda, 13,7 faizi Aran, 7,2 faizi Abşeron və 6,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin yanvar-mart aylarında 16659 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınmışdır.