İstehlak malların satışı 9,4 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 15,4 mlrd. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə satılmış ərzaq məhsullarının həcmi 2,4% artaraq 8,6 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi isə 19,9% artaraq 6,8 mlrd. manata bərabər olub. Ötən ilin 11 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi azalaraq 55,7%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,3% təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31