Ceyhan limanından ötürülən Azərbaycan neftinin həcmi 200 milyon tonu ötüb
7 Dekabr 2012 18:20 İqtisadiyyat2012-ci ilin noyabr ayı ərzində 2 milyon 341 min 594 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Azadinform" ARDNŞ-ə istinadən xəbər verir ki, bu həcmin 1 milyon 461 min 128 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 26 milyon 785 min 500 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 200 milyon 803 min 528 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31