Ötən ay BTC ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

2012-ci ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 238 min 269 ton Azərbaycan nefti nəql olunub.
"Azadinform" ARDNŞ-yə istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 27 milyon 327 min 847 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il dekabr ayının 1-ə qədər BTC-yə 203 milyon 105 min 547 ton neft vurulub.
Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 243 min 501 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31