Noyabrda Vergilər Nazirliyinin 195 telefon xidmətinə 22 mindən çox müraciət edilib
7 Dekabr 2012 18:30 İqtisadiyyat2012-ci ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 22045 müraciət daxil olub. Nazirliyin Analitik informasiya şöbəsindən "Azadinform"a verilən məlumata görə, onlardan 10542-si avtomatik rejimdə, 11503-ü isə canlı əlaqə zamanı cavablandırılıb.
Suallar əsasən elektron xidmətlər (25%), qeydiyyat (15%), vergi növləri (11,5%), vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri, büdcə (5,2%), hesabatlar və onların doldurulma qaydaları (10,4%) barədə olub.
Hesabat dövründə Telefon Məlumat Xidməti tərəfindən 39538 vergi ödəyicisinə SMS-lər göndərilib. 39075 halda vergi ödəyiciləri qısa mesajlar vasitəsilə məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,1% çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31