Səlim Müslümov Türkiyə səfiri ilə görüşüb
7 Dekabr 2012 13:42 İqtisadiyyatDövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunla görüşüb. Görüşdə Azərbaycan sığorta-pensiya sistemi barədə ətraflı məlimat verən Səlim Müslümov diqqətə çatdırıb ki, həyata keçitilən islahatlar nəticəsində vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi, beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilir. DSMF sədri diplomatın diqqətinə çatdırıb ki, hazırda 2 milyon 150 mindən artıq sığortaolunana sosial sığorta nömrəsi verilib ki, onlardan 13272-si xarici ölkə vətəndaşıdır. Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında Türkiyə vətəndaşları digər ölkələrlə müqayisədə daha çoxdur. Ümumilikdə Fondun fərdi uçot sistemində 95 ölkənin vətəndaşı qeydiyyatdadır və onların 58,2 faizi Türkiyə vətəndaşıdır.