Rövnəq Abdullayev:TANAP-ın tikintisinə 2014-cü ildə başlanacaq

Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisinə 2014-cü ildə başlanılması planlaşdırılır. Bu barədə Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda planlaşdırma, boru kəmərinin keçəcəyi torpaq sahələrinin müəyyən olunması üzrə iş aparılır, həmçinin ətraf mühitə və sosial sahəyə təsirin hesabatları üzrə raportlar tərtib edilir.

Abdullayev bildirib ki, bütün işlər müəyyən edilmiş plana əsasən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31