Əli Həsənov: "TANAP-ın təsisçiləri sırasında dünyanın aparıcı neft-qaz şirkətləri də olacaq"
6 Dekabr 2012 19:42 İqtisadiyyat"TANAP layihəsi, sözün həqiqi mənasında, XXI əsrdə Xəzər hövzəsinin ehtiyatlarını Avropa və dünya bazarlarına çıxaracaq ən nəhəng layihə olacaq". Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu İstanbulda jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib."Hesab edirəm ki, TANAP layihəsinə siyasi dəstək hələ bundan sonra olacaq. Hazırda bilirsiniz ki, TANAP layihəsinin lideri Azərbaycan və Türkiyədir. Bu layihənin reallaşdırılmasının təşəbbüskarları da iki ölkənin başçılarıdır", - Həsənov bildirib.PA rəsmisinin fikrincə, yaxın zamanlarda TANAP-ın təsisçiləri sırasında dünyanın aparıcı neft-qaz, transmilli şirkətləri də olacaq.
"TANAP-ın reallaşması çox da uzaqda deyil. Bu, Xəzər hövzəsinin zəngin enerji resursları ilə, qaz ehtiyatları ilə dünyanın, Avropanın enerji ehtiyacı çəkən ölkələrini birləşdirəcək və bu layihənin uğurlarını yaxında görəcəyik", - Həsənov qeyd edib