9 aya “Aztelekom” şəbəkəsinə 20 milyon manatdan yuxarı investisiya qoyulub

Bu ilin 9 ayı ərzində  "Aztelekom" şəbəkəsinə 20 milyon manata yaxın investisiya qoyulub. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Aztelekom" İstehsalat Birliyinin Baş direktoru Məhəmməd Məmmədov bildirib. Onun sözlərinə görə, bu ilin sonuna kimi həmin sərmayənin həcmi 25-30 milyon manat olacaq: "Qoyulan bütün investisiyalar ancaq daxili imkanlar hesabına "Aztelekom"un özünün qazandığı maliyyə vəsaitidir. Bu günə kimi rabitə sistemində digər yerlərdən heç bir investisiya qoyulmayıb. Ancaq özümüzün sərbəst vəsaitləri hesabına tikintilər aparmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31