ARDNŞ bu il 130 min metrə yaxın qazma reallaşdırıb

2012-ci ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 14057 metr qazma işi həyata keçirib.
"Azadinform" şirkətə istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 12857 metri istismara, 1200 metri kəşfiyyata aid olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 129861 metr qazma işi görülüb ki, bunun da 123186 metri istismara, 6675 metri kəşfiyyata aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31