Təbrizdə ərzaq məhsulları bahalaşıb

Molla rejimindən əcaib açıqlama: “Bahalıq Tanrının işidir”

İranda iqtisadi böhran davam edir. Milli valyutanın dəyərdən düşməsi iş yerlərinin bağlanmasına, işsizliyin artmasına səbəb olub. Təbrizli iş adamlarından birinin verdiyi məlumata görə, son zamanlar bir sıra ərzaq məhsullarının qiyməti artıb. Onun sözlərinə görə, ət, çörək, ağartı məhsulları bahalaşıb: "Bahalıq dolanışığımıza təsir edib. 7 ay öncə pendiri 3-4 manata alırdıqsa, indi 12 manata alırıq. Hökumət heç bir tədbir görmür". İş adamının sözlərinə görə,  yüksək rütbəli din xadimlərindən biri deyib ki, bahalıq da yay, qış kimidir, Tanrı tərəfindən göndərilir. Bu arada iqtisadi böhranla əlaqədar Dağlıq Qarabağ ermənilərinin Güney Azərbaycana səfərləri də azalıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31