İqtisadçı alimlər Bakıya toplaşacaqlar

2012-ci ilin 06-07 dekabr tarixlərində Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda  qurumun 50 illik yubileyinə həsr olunmuş "Aqrar iqtisadiyyatın aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, konfransda Azərbaycanın, Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərindən, o cümlədən, Dağıstan Respublikasından, habelə Ukrayna, Qazaxıstan və Belarus respublikalarının aqrar elmi-tədqiqat müəssisələrinin tanınmış iqtisadçı alimləri iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31