Qonaq evi və stomatoloji poliklinika hərraca çıxarılacaq

08 yanvar 2013-cü il tarixdə bir sıra kiçik dövlət müəssisə və obyektləri hərraca şıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a  verilən məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlər respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edir. Bu siyahıya Bakı şəhərindən yerləşən 16 saylı avtoqayanacaq, Gəncədə Əmlak kompleksi, Qazaxda Stomotoloji poliklinika və Saatlıda "Vaxta -40" qonaq evi daxildir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31