İspaniyada işsizlərin sayı 5 milyona çatdı

İspaniyada işsizlərin sayı yeni  rekordu qırlıb. Belə ki, avro bölgəsində böhranın ən dərin yaşandığı bu ölkədə işsizlərin sayı  5 milyon nəfərə çatıb.
Publika.Az-ın euronews.com-a istinadən məlumatına görə, işsizlik səviyyəsi 25 faizi  keçib. Ölkədə gənclərin yarısı işləmir. Təkcə oktyabr-noyabr ayları arasında işsizlərin  sayında 74 min artım baş verib.  Cəmdə işsizlərin  sayı 4,9 milyonu keçib. Ölkəsindən ümidini kəsən vətəndaşlar çarəni xaricdə axtarırlar. Hökumət kəmər sıxma tədbirlərinə davam edərkən, işsizliyi də azaldağına dair söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31