İstehlakçılar dünya brendləri adı ilə aldadılır

Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, ev 62, 758-759-cu məhəllə ünvanında Vüqar İsmayılova məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Marka dünyası Outlet, 70%  ilboyu endirim, kişi, qadın, uşaq geyimləri" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilmişdir. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanmışdır.Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı, habelə mağazada tanınmış dünya brendləri adı altında satışda olan müxtəlif geyim əşyalarının saxta olduğu müəyyənləşdirilmişdir.Aşkar edilmiş saxta malların satışı dayandırılmışdır.Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz yerləşdirilmiş qeyri-dəqiq reklamın yayımı dayandırılmışdır.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31