Türkiyədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artıb
5 Dekabr 2012 14:59 İqtisadiyyatTürkiyədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artıb. Bu barədə Trend çərşənbə günü "Bugün" onlayn qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, yol hərəkəti haqqında qanunda edilən dəyişikliyə əsasən, əgər əvvəllər avtomobili "stop" xəttində dayandırmamağa görə cərimə 67 türk lirəsi idisə, indi cərimə 650 lirəyə çatdırılıb.
Digər məlumata görə, qışda sürücülər qış təkərlərindən istifadə etməyə məcburdurlar. Birinci dəfə qış təkərlərindən istifadə etməməyə görə cərimə 319 lirə təşkil edəcək, bu hal təkrarlanarsa cərimə 638 lirə olacaq.
Əgər sürücülər əvvəllər piyadaya yol vermədiklərinə görə 154 lirə cərimə ödəyirdilərsə, yeni qanuna əsasən, bu məbləğ 319 lirə təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31