Noyabrda Çeyhan limanından 1 milyon 461 min 109 ton xam neft ixrac edib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin noyabr ayında Novorossiysk limanından 174 min 287 ton, Supsa limanından 242 min 319 ton, Çeyhan limanından 1 milyon 461 min 109 ton xam neft ixrac edib.Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 833 min 61 ton, Supsa limanından 2 milyon 580 min 759 ton, Ceyhan limanından isə 18 milyon 552 min 199 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31