ARDNŞ noyabrda 79 min 3 ton dizel yanacağı ixrac edib
5 Dekabr 2012 18:37 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin noyabr ayında 79 min 3 ton dizel yanacağı, 4 min 59 ton təyyarə yanacağı, 51 min 785 ton vakum qazoylu ixrac edib.
Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, ümumilikdə, 2012-ci ilin yanvar-noyabr ayları ərzində 840 min 284 ton dizel yanacağı, 121 min 419 ton təyyarə yanacağı, 82 min 892 ton vakum qazoylu ixrac edilib. 2012-ci ilin noyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 932,31 dollar, təyyarə yanacağının - 989,13 dollar, dizel yanacağının - 924,73 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 608,55 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31