Dünyanın ən böyük şirkətlərindən biri 30 mindən çox işçisini qovur

İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən dünyanın ən iri şirkətlərindən biri Hewlett-Packard (HP) 30 mindən çox əməkdaşını işdən azad edir.   Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Meq Uetmen bildirib.
Şirkətdəki ixtisarlarla bağlı gələn həftə məlumat yayılacaq. Şirkətin elmi araşdırmalar departamentindən başqa bütün bölmələrində ixtisarlar olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31