Arif Əsgərov: “Bu yolda sürət artacaq…”

"Bakı-Tiflis-Qars dəmir yolu Çindən başlayaraq Avropaya uzanan nəqliyyat dəhlizinin bir parçası olacaq".
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov söyləyib.
Arif Əsgərov hazırda Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin sürətlə davam etdirildiyini bildirib. O, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı da işlərin aparıldığını qeyd edib. Arif Əsgərov Bakı-Böyük Kəsik dəmir yolunda da əsaslı təmir işlərinin aparıldığını və əsaslı təmir işləri başa çatandan sonra bu yolda sürətin artacağını nəzərə çatdırıb. O, dəmiryolçuların sosial durumlarının, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31