“Biz xarici borclanmanı artıra-artıra hara gedirik?” - Vahid Əhmədov
18 May 2012 16:58 İqtisadiyyat"Azərbaycanın xarici borclanması ildən-ilə artır. Hazırda olan vəziyyətə görə, hər bir Azərbaycan vətəndaşına 522 ABŞ dolları həcmində xarici borc düşür". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, ilk baxışdan bu rəqəm böyük rəqəm kimi görünməsə də, amma xeyli dərəcədə yüksək bir rəqəmdir: "Biz xarici borclanmanı artıra-artıra hara gedirik? Bu xarici borclanma hansı layihələrlə bağlıdır? Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməlidir. Eyni zamanda, daxili borclanmada da mənfi tendensiya özünü göstərməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31