“21 dekabr”a görə qiymətlər qalxdı

Maya təqviminə görə dekabrın 21-də yaşanacaq qiyamət proqnozu Türkiyənin Şirincə kəndinə kütləvi insan axınına səbəb olub.  "Qafqazinfo"nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Maya təqvimində qiyamətdən yan keçəcəyi deyilən İzmirdə yerləşən bu kənddə bütün otellərdə yerlər əvvəlcədən sifariş olunub. Daha çox sayda insanın gələcəyi təqdirdə onların çadırlarda yatmaq məcburiyyətində qalacağı deyilir.  Artıq otel sahibləri qiymətləri qaldırıblar.
Bəzi sahibkarlar isə fürsətdən yararlanaraq "21 dekabr 2012 Qiyamət Günü" adlı xüsusi şərab hazırlayıblar. Artıq indidən şərabın böyük marağa səbəb olduğu bildirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31