Rövnəq Abdullayev: «Rüstəm İbrahimbəyova böyük hörmətimiz var»
3 Dekabr 2012 12:38 İqtisadiyyat"Rüstəm İbrahimbəyova böyük hörmətimiz var. Amma ARDNŞ qanunsuz torpaq tutulmalarına ayrı-ayrı fərdlərə görə baxa bilməz".
"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, sözügedən problemlə bağlı ARDNŞ-in minlərlə məhkəmə çəkişməsi var: "O torpaqları bələdiyyələr qanunsuz verib. Yalnız torpaqların şəkli çəkilib, koordinatları isə çəkilməyib. Qarışıq sənədlər təqdim olunub".
R.Abdullayev qeyd edib ki, qanunsuz torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yaradılan komissiya araşdırmalar aparır: "Təkcə Bakının Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, tezliklə bu problemlər öz həllini tapacaq".