Azərbaycanda taxıl problemi olacaqmı?
30 Noyabr 2012 18:30 İqtisadiyyat"Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var. Hesab edirəm ki, qarşıdan gələn ildə bu sahədə heç bir problem olmayacaq". Bunu deyən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, artıq 2,5 min tona yaxın taxıl ehtiyatı var. Onun haradasa 2 min tondan artığı yığılıb: "Azərbaycanın taxılla bağlı problemi gözlənilmir. Xaricdən taxıl idxalında da elə bir çətinlik yoxdur". Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ərzaq buğdasına olan tələbatını təmin etmək məqsədi ilə bu günədək Taxıl Fondunda 500 min ton həcmində taxıl ehtiyatı yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31