Əhaliyə verilən kreditlərin 6.5 faizinin ödəmə vaxtı keçib

Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 22.7 faiz çox və ya 10.3 milyard manat məbləğində kredit ayırıblar.  Verilmiş kreditlərin 71.1 faizi uzunmüddətli xarakter daşımış, 6.5 faizinin ödəmə vaxtı keçib. Milli Bankdan verılən məlumata görə,  əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30.7 faiz artaraq aprel ayının 1-nə 4.3 milyard manata çatıb.  Milli valyuta ilə vəsait qoyuluşu 2.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31