Dövlət büdcəsində 644.6 milyon manat profisit yaranib

2012-ci ilin  yanvar-mart aylarında dövlət büdcəsinə 3.5 milyard manat vəsait daxil olub. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata əsasən büdcədən 2.8 milyard manat xərclənib ki, nəticədə ümumi daxili məhsulun 5.2 faizi qədər və ya 644.6 milyon manat məbləğində profisit yaranib. Büdcə xərclərinin 1133.6 milyon manatı (39.9 faizi) iqtisadiyyatın inkişafına, 560.1 milyon manatı (19.7 faizi) sosial müdafiə və sosial təminata, 338.8 milyon manatı (11.9 faizi) təhsilə və səhiyyəyə yönəldilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31