Əlillik dərəcəsi olan pensiyaçılara imtiyazlar tətbiq edilsin

"Ölkədə əlillik dərəcəsinə görə pensiyaya çıxanlar və ya kifayət qədər yaşı olan pensiyaçılara müəyyən imtiyazlar edilməlidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin üzvü Əhliman Əmiraslanov çıxış edib. Millət vəkili deyib ki, əksər Avropa ölkələrində bu təbəqədən olan insanlara kommunal xərclərin ödənilməsi, dərman pereparatlarının verilməsində güzəştlər edilir: "Hesab edirəm ki, Azərbaycanda da bunu həyata keçirmək mümkündür. Həmçinin elmi dərəcəsi olan pensiyaçılarla bağlı da müəyyən güzəştlər tətbiq etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31