Ərzaq məhsulları 3.5, qeyri-ərzaq malları isə 1.3 faiz bahalaşıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin  aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşıb,  qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalıb. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 2.1 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31