Parlament büdcənin icra sənədini müzakirə edəcək
18 May 2012 13:24 İqtisadiyyatMalliyə Nazirliyi 2011-ci ilin icra büdcəsinə dair qanun layihəsini Milli Məclisin İqtisadi siyasət komitəsinə təqdim edib. Bu barədə komitədən "Olaylar"a verilən məlumata görə, 2011-ci ilin dövlət büdcəsinin icrası haqqında sənəd əvvəlcə Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəyə çıxarılacaq. Büdcənin icrasına dair sənəd komitə səviyyəsində müzakirə olunduqdan sonra parlamentin plenar iclasına çıxarılacaq. Sənədə görə, 2012-ci ilin büdcəsinin gəlirləri 15700702,02 min manat, xərcləri 15397522 min manat icra olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31