Milli Məclis yenidən dövlət büdcəsini müzakirə edəcək

Milli Məclisin növbəti plenar iclası noyabrın 30-da keçiriləcək. Bu barədə MM-in mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, iclasının gündəliyinə 6 məsələ  təklif olunub. Müzakirəyə çıxarılacaq məsələlər sırasında  "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında",  "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında",  "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri daxildir. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası və   Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq sənədlər sırasındadır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31