Pensiyaçıların 97 faizinin pensiya məbləği

Yoxsulluq həddinin üzərinə çıxıb

"Son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbətən 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib". "OLAYLAR"-ın verdiyi xəbərə görə, bu barədə açıqlamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov verib. Fondun sədri deyib ki, pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə Ümumi Daxili Məhsulun 0,53 faizi düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31