Qaz təchizatında məhdudiyyətlər olacaq

Təmir işləri ilə əlaqədar olaraq 29 noyabr 2012-ci il tarixdə saat 10:00-dan 14:00-dək Xaçmaz şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin cümə axşamı yaydığı məlumatında deyilir.
Məhdudiyyətlər "Xaçmaz" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatının dayandırılması ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31