1milyon 978 mindən artıq sığortaolunana fərdi hesab açılıb

"Cari ilin aprel ayının 1-nə olan məlumata görə, ölkədə 1milyon 978 mindən artıq sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Onlardan 12297 nəfəri isə xarici ölkə vətəndaşlarıdır" "OLAYLAR"-ın verdiyi xəbərə görə, bu barədə açıqlamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov verib.  Fondun sədri onu da bildirib ki, son illərdə bu sahədə həyata keçirilən ən ciddi tədbirlərdən biri də pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırlmasıdır: "Hazırda pensiya ödənişi aprılan pensiyaçıların şəhərlərdə 100 , kənd yerlərində isə 99 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Ümumilikdə isə, bu rəqəm ölkə üzrə 99,4 fazi təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31