Əmanətlərin veriləcəyi ünvanlar açıqlanıb

"Media forum" saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb.1 yanvar 1992-ci ilə qədər SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanət qalığı olmuş vətəndaşlar bu il iyunun 1-də sənədlərini təqdim edə bilər.
Kassaların dislokasiyası
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinin nəzərinə!
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, 01 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanət qalığı olan və əmanət hesabı Fərman qüvvəyə mindiyi tarixə qədər açıq olan Azərbaycan Respublikasının vətəndaşlarından 01 iyun 2012-ci il tarixindən etibarən sənədlərin qəbulu və ödəmələrin verilməsi  prosesinin həyata keçiriləcəyi məntəqələrin ünvanları təqdim edilir. Əmanətçilər fərdi birdəfəlik ödəmələrin alınması məqsədilə özlərinə məxsus əmanət kitabçalarındakı kassa (şöbə və filialların)  nömrəsinə əsasən, aşağıdakı cədvəldə məntəqəni müəyyənləşdirdikdən sonra həmin məntəqəyə  müraciət edə bilərlər.
Məsələn: Əliyev Vəli Qulu oğluna aid əmanət kitabçasında Əmanət Bankının şöbəsinin filialı 3540/0128 kimi göstərilmişdirsə, onda əmanətçi 1 saylı məntəqəyə, yəni Yasamal rayon, C.Cabbarlı küçəsi-13 ünvanına müraciət etməlidir. 
Qeyd: Bu məlumatları Kapital Bankın www.kapitalbank.az və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az saytlarından, o cümlədən Maliyyə Nazirliyinin  nəzdində yaradılmış Xüsusi Komissiyanın  012 404-46-03 nömrəli  "Qaynar xətt"indən də əldə etmək olar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31