Natiq Əliyev: Brodı-Plotsk neft kəməri layihəsinin reallaşdırılmasına Aİ-nin maliyyə dəstəyi lazımdır
27 Noyabr 2012 13:13 İqtisadiyyatBrodı-Plotsk neft kəməri layihəsi çərçivəsində bütün ilkin işlər görülüb. Bu barədə Varşavada jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Çərşənbə axşamı Varşavada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası işinə başlayıb. "Böyük həcmdə işlər görülüb. Bu neft kəmərinin tikintisi layihəsi kapital tutumludur və onun reallaşdırılmasına Avropa İttifaqının, o cümlədən Polşanın maliyyə dəstəyi göstərməsi lazımdır", - Əliyev deyib.
Artıq 2013-cü ilin əvvəlində layihənin maliyyə dəstəyi üzrə qəti qərarın əldə olunması üçün Avropa Komissiyasına müraciət etməkdən ötrü ekoloji və təbiətin qorunması ilə bağlı icazələrin bu ilin sonuna kimi alınması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31