ASB Bankın İdarə Heyətinə yeni sədr təyin olunub
27 Noyabr 2012 12:31 İqtisadiyyatAzərbaycan Sənaye Bankında İdarə Heyətinin sədri vəzifəsinə Hüseyin Özmen təyin edilib. Cənab Özmen Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasını Dünya iqtisadiyyatı ixtisası üzrə bitirib. Ümumi olaraq 28 illik bank təcrübəsinə malikdir. Bank sahəsi üzrə əvvəlcə Türkiyə Mərkəzi Bankında mütəxəssis vəzifəsində işə başlayıb, daha sonra Türkiyənin Ziraat Bankında müfəttiş olaraq işləyib və rəhbər vəzifəsinə kimi yüksəlib. Azərbaycan Respublikasında Azər-Türk Bankın və Turan Bankın İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi və Azərbaycan Hökumətinin dəstəklədiyi kənd təsərrüfatı sahəsi üzrə mikrokreditləri icra edən İcraçı Kredit Agentliyində İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. Həmçinin, İFAD-ın Kənd Təsərrüfatının İnkişafı üzrə layihəsini həyata keçirən Mikromaliyyə bank olmayan kredit təşkilatında İdarə Heyətinin sədri vəzifəsində çalışıb.