Bakıda QDİƏT-in III Qaradəniz Ticarət İnvestisiya Forumu keçirildi
Ziyafət Əsgərov: “Azərbaycanın dövlət gəlirləri iqtisadi böhran dövründə 22 dəfə artıb”
26 Noyabr 2012 17:57 İqtisadiyyatNoyabrın 26-da Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının III Qaradəniz Ticarət İnvestisiya Forumu keçirilib. Forumu Türkiyə İşadamları və Sənayeçilər Konfederasiyası (TUSKON) həyata keçirib. Azərbaycandan isə bu təşkilatçılığı Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) və Azərbaycan Sahibkarlar Konfedarasiyası (ASK) öz üzərinə götürüb. Forumda Azərbaycan parlamentinin sədr müavini Ziyafət Əsgərov, Türkiyə parlamentinin sədri Cəmil Çiçək, QDİƏT Parlament Assambleyesanın baş katibi Kirilyo Tretiak, TUSKO-nun sədri Rızanur Maral, ASK sədri Mehman Mehmanov və TÜSİAB-ın sədri Murad Bakır işrirak ediblər. Türkiyə və təşkilata üzv olan digər ölkələrdən 100, Azərbaycandan isə 300-ə yaxın şirkətin nümayəndələri qatılıb. Forumda QDİƏT-ə üzv olan ölkələrdə iqtisadi inkişaf məsələsi müzakirə edilib.
Tədbirdə çıxış edən Ziyafət Əsgərov tədbir iştirakçılarını salamlayaraq 3-cü dəfə keçirilən İnvestisiya Forumunun əhəmiyyətindən danışıb. Z.Əsgərovun sözlərinə görə Azərbaycan təşkilata üzv olan ölkələr arasında liderdir: "Azərbaycan dünyada baş verən iqtisadi böhranın dərinliyinə baxmayaraq ölkə iqtisadiyyatı dinamik inkişaf edib. İqtisadi böhranın Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmayıb. Respublikanın dövlət gəlirləri keçən dövr ərzində 22 dəfə inkişaf edib. Nəticədə Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollar təşkil edir. Azərbaycanın qeyri-neft sektoru neft sənayesini üstələyib".
Cəmil Çiçək: "Qara dəniz hövzəsi güclü iqtisadi inkişaf potensialına sahibdir"
"Soyuq Müharibə" dövründə QDİƏT-ə üzv olan ölkələrin daima iqtisadi əməkdaşlıq içərisində olduğunu deyən Türkiyə parlamentinin sədri Cəmil Çiçəyin sözlərinə görə təşkilat ölkələr arasında birliyin yaradılmasında səbəb olub: "Qara dəniz hövzəsi güclü iqtisadi inkişaf potensiallarına sahibdir. Bir-birinə yaxın coğrafiyalarda yerləşən bu ölkələr daim mədəni və iqtisadi inkişaf içərisindədir. Bu baxımdan QİƏT-in bu təşəbbüsləri olduqca yüksək qiymətləndirilməlidir"
Kiriliyo Tretiak: "Bu gün Bakıda möhtəşəm hadisə baş verir"
QDİƏT Parlament Assambleyasının baş katibi Kirilyo Tretiakın sözlərinə görə qurumun məqsədi təşkilata üzv ölkələri dünyada baş verən iqtisadi böhrandan yan keçirməkdir: "Bunun üçün təşkilat özünün bütün potensialını ortaya qoyub. Bu gün Bakıda keçirilən III Ticarət İnvestisiya Forumunun əhəmiyyətini şişirdilmədən böyük önəm daşıdığını deyə bilərəm. Bu an Bakıda müdhiş bir hadisə baş verir. Təşkilatın əsas məqsədinə buraya üzv olan 12 ölkə arasında qırılmaz əlaqələr yaratmaq və iqtisadi inkişaf potensiallarını üzə çıxarmaqdır. Forum ildə bir dəfə keçirilir. Biz çalışırıq ki, bu cür tədbirlər davamlı şəkildə keçirilsin".
Çıxışlardan sonra Rızanur Marala, Murad Bakıra, Kiriliyo Tretiaka və QDİƏT-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyevə təşkilatın təbrik plaketləri təqdim olundu. Forumun rəsmi hissəsinin sonunda oştirakçılarla xatirə şəkli çəkildi.
Mənsur Rəğbətoğlu