Yararsız mallar satışdan çıxarıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Binəqədi rayonunda 9-cu mikrorayon, H.Babaşov küçəsi, ev 6 ünvanında yerləşən "Ulduzlu market"də; Xətai rayonunda S.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində Vüqar İmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Səbail rayonunda Gənclər küçəsi, ev 3 ünvanındakı "Ayxan market"də; Q.Abbasov küçəsində Gülşən Rəhimovaya məxsus mağazada və "İdeal market"də; Binəqədi rayonunda Azadlıq prospekti, ev 204 ünvanında yerləşən "RS market"də; Y.Hüseynov küçəsində Rəhim Qəhrəmanova məxsus mağazada və Mehriban market"də; Xətai rayonunda NZS qəsəbəsi, İ.Həbibov küçəsi, ev 3 ünvanında Nərmin Sədiyevaya məxsus mağazada; M.Əmirxanov küçəsində yerləşən "Orxan market"də və Nərminə Rzayevaya məxsus mağazada; Babək prospekti, 90 ünvanında "Val-Mart" MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır. Xırdalan şəhərində Xırdalan dairəsində Vüqar Tanrıverdiyevə məxsus mağazada; Xırdalan şəhəri, H.Əliyev prospektində Ağalar Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir. Balakən şəhərində H.Əliyev prospektində yerləşən "Jalə market"də normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilmişdir. Gəncə şəhərində Çarçılar küçəsi, 38 ünvanında Vüqar Məmmədova məxsus mağazada; Şəmkir şəhərində  E.Allahverdiyev küçəsində Əliəşrəf Cəfərova məxsus mağazada; Dəllər qəsəbəsində Emil Əliyevə məxsus mağazada; Qusar şəhərində Azadlıq küşəsində  Mariya  Yağıyevaya məxsus mağazada; Tovuz şəhərində Aşağı Öysüzlü kəndində Elmar Kərbəlayiəsədliyə məxsus mağazada; Şəhriyar küçəsində Elçin İsmayılova məxsus mağazada; Göyçay şəhərində Nizami küçəsində Namiq Gülalıyevə məxsus mağazada; Cəyirli kəndində Mübariz Həsənova məxsus mağazada; Mingəçevir şəhərində İ.Qayıbov küçəsində Rahilə İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.  Ümumilikdə, monitorinqlər zamanı 440 kq yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.   Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31