ARDNŞ: «Şahdəniz» yatağında qaz hasilatının azalması quyulardan birinin dayanması ilə bağlıdır

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında qaz hasilatının qismən azalması 2 saylı quyunun dayanması ilə əlaqədardır.  Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, bu quyunun istismarı texniki səbəblərə görə (dəliy yaranıb) dayandırılıb. Buna baxmayaq, Azərbaycan qaz ixracının həcmini azaltmayıb. Belə ki, hazırda ixraca göndərilən qaz həcminin bir hissəsi qaz anbarlarından götürülür. "Lakin bu da yaxşı hal deyil. Quyu tezliklə təmir olunaraq istifadəyə veriləcək. Bu quyu 6 mln. kubmetr qaz verir. Hazırda "Şahdəniz"də qaz hasilatı 4 quyuda aparılır və həcmi 23 mln. kubmetr təşkil edir. Halbuki 5 quyudan 27-28 mln. kubmetr qaz hasil olunurdu", - deyə ARDNŞ rəsmisi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31