ARDNŞ prezidenti: TANAP Avropanın enerji təhlükəsizliyinin təminatıdır
23 Noyabr 2012 18:31 İqtisadiyyatTrans-Anadolu qaz kəməri layihəsi (TANAP) Avropanın enerji təhlükəsizliyinin təminatıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin "Cihan" agentliyinə müsahibəsində bildirib.
Abdullayevin sözlərinə görə, bu marşrut üzrə Azərbaycan qazı Avropaya nəql ediləcək.
ARDNŞ prezidenti qeyd edib ki, Britaniya siyasətçiləri ARDNŞ-yə böyük maraq göstərirlər və şirkətin fəaliyyətini izləyirlər.
O, həmçinin vurğulayıb ki, Böyük Britaniyanın neft şirkətləri Azərbaycanda mühüm enerji layihələrini həyata keçirirlər. Gələcəkdə bu ölkə ilə əməkdaşlıq genişləndiriləcək və iqtisadiyyatın digər sahələrini əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31