Şimali Kiprə 27 milyon avro ayrıldı
23 Noyabr 2012 11:39 İqtisadiyyatAvrupa Birliyi Komissiyası Şimali Kipr Türk Respublikasına 27.2 milyon avro maliyyə yardımı ayırıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Komissiyadan verilən açıqlamada, yardım ətraf mühitin, tarixi-mədəni abidələrin qorunması, vətəndaş cəmiyətinin dəstəklənməsi və bu kimi istiqamətlərə sərf ediləcək. Komissiyanın açıqlamasında qeyd olunur ki,, 2006-cı ildən etibarən Şimali Kiprə edilən maliyyə yardımı 320 milyon dolları keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31