QKDK iki şirkətin lisenziyasının ləğv edilməsinə aydınlıq gətirdi

"Unicapital" ASC  və "Standart Kapital" MMC-nin qiymətli kağızların idarə olunması üzrə lisenziyalarının fəaliyyətinin dayandırılması  hansısa prudensial pozuntu və qanunvericiliyə əməlin edilməməsi nəticəsində atılmış addım deyil. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı açıqlama verib: "Aktivləri idarə edilməsi üzrə lisenziyaya malik olan şirkətin  lisenziyasının müddəti bitdikdə onun növbəti müddətə uzadılması üçün müraciət edilməlidir. Bu addım atılmadıqda, avtomatik olaraq da bu lisenziyalar ləğv olunur". Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2012-ci il tarixində "Unicapital" ASC-nin və "Standart Kapital" MMC-nin qiymətli kağızların idarə olunması üzrə lisenziyalarının fəaliyyəti dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31