Qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, təmir işləri ilə əlaqədar olaraq noyabrın 23-də saat 11:00-dan 18:00-dək "Lək" və "Zərdab" qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31