Valeh Ələsgərov: Azərbaycan 7 kəmərlə qazını dünya bazarlarına çıxaraca

Milli Məclisin noyabrın 20-də keçirilən iclasında Azərbaycan qazının Türkiyədən nəql edilməsi üçün boru kəmərinin inşası barədə sazişlər müzakirə edilib. "OLAYLAR" xəbər verir ki, parlament Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyənin ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair sazişi, həmçinin "Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişi ratifikasiya edib. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov layihələr barədə məlumat verərək bildirib ki, bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq 7 kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq: "Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac var idi. Artıq aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq.  Azərbaycanın yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. Qazı Avropa bazarına çıxaracaq bir çox layihədən danışılırdı. Ancaq heç kimdə cürət və qeyrət tapılmırdı ki, nəsə bir iş görsün. Amma Azərbaycan bunu etdi. Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31